Haqqımızda
Santortino-nun hekayəsi və komandası ilə tanışsınız?
-
Yeni bir marka olmağımıza baxmayaraq,təməlimiz güclüdür və təcrübəyə əsaslanır!
2021-ci ildən fəaliyyətə başlayan San Tortino, 18 filialı ilə müştərilərini sevindirən sevimli bir şirniyyat evi markasına çevrilmişdir. Avropa və ənənəvi reseptlərdən ilhamlanaraq hazırladığımız Fərqli, Rəngli və Ləzzətli şirniyyatlar, tortlar, çörək və bişmə məhsullarını təqdim etməklə qürur duyuruq. Hazırladığımız məhsullardan başlayaraq, mağazalarımıza qədər hər detal sizə ən yaxşı xidmət məhsulları təqdim etmək üçün diqqətlə dizayn edilmişdir.
-
Brendin təməli müştərilərə keyfiyyətli məhsullarla qüsursuz xidmət göstərmək üzərində qurulub.
Biz ən dadlı şirniyyatları yaratmağa həvəsliyik. Yemək bir sənətdir, yeməklər diqqət, qayğı və sevgi ilə hazırlanır. Biz yalnız təzə və keyfiyyətli məhsullardan istifadə edirik. Bu, sevginin ifadəsidir. Bizim üçün bu yalnız bir gəlir mənbəyi deyil, həyat tərzimizdir, haradan gəldiyimizi xatırladan ən vacib nüanslardan biridir.
İşimizə və yeməyə olan sevgimiz bizi hər günü əvvəlkindən daha yaxşı etməyə təşviq edir. Yeni, maraqlı dadlar və xüsusi təkliflər yaratmaq, müştərilərimizin məhsullarımızdan necə həzz aldığını görmək bizə xüsusi bir hiss bəxş edir.
Sobalarımız qızdırılarkən biz yalnız ən yüksək keyfiyyətli inqrediyentləri xəmirə qarışdırır və məhsullarımızı hazırlamağa başlayırıq. Peşəkar və xüsusi çörəkçilər və aşpazlardan ibarət komandamız hər bir xəmir və çörəyi əl ilə yayır və dilimləyir. Hər bir un məhsulunu bişirməyə başladıqca, təzə yağ, meyvə və xəmirin ətiri mətbəximizi doldurur. "Həmişə müştərilərə yeni məhsullar təqdim etmək" bizim şüarımızdır.
-