Sifariş üçün
051 230 31 32

Axtar

Haqqımızda

Bəs siz San Tortinonun hekayəsi və komandası ilə tanışsınızmı?

Yeni brend olmağımıza baxmayaraq təməlimiz güclü və təcrübəyə əsaslanır!

San Tortino 2021-ci ildə Bakıda qurulub. Hazırda biz Bakının dörd nöqtəsində müştərilərə xidmət göstərməkdən qürür duyuruq.

San Tortino komandası 10 ildən çox təcrübəsini Azərbaycan və Avropa tərzi qənnadı məhsullarının daha da mükəmməl olması üçün istifadə etmək qərarına gəlib.

Brendin təməli müştərilərə keyfiyyətli məhsullarla qüsursuz xidmət göstərmə əsasında qurulub.

Biz ən dadlı qənnadı məhsullarını yaratmağa həvəs göstəririk. Yemək sənətdir, yeməklər diqqət, qayğı və sevgi ilə hazırlanır. Yalnız təzə və keyfiyyətli məhsullardan istifadə edirik. Bu sevgi ifadəsidir. Bizim üçün bu, sadəcə gəlir mənbəyi deyil, həyat tərzimiz, haradan gəldiyimizı xatırladan ən vacib olan nüanslardan biridir.

İşimiz və yeməyimizə olan sevgimiz bizi hər günümüzü əvvəlkindən daha yaxşı etməyə sövq edir. Yeni, maraqlı ləzzətlər və xüsusi təkliflər yaratmaq, müştərilərimizin məhsullarımızdan nə qədər həzz aldığını görmək bizə xüsusi hisslər bəxş edir.

Sobalarımız qızdırıldığında, xəmirə yalnız ən keyfiyyətli inqrediyentləri qarışdırırıq və məhsullarımızın hazırlanması prosesinə başlayırıq. Çörəkçilərdən və aşpazlardan ibarət xüsusi və profesional komandamız hər bir xəmir və çörəyi əl ilə yuvarlayır və dilimləyir. Hər un məmulatını bişirməyə başlayanda kərə yağı, meyvə və xəmirin təzə ətri mətbəximizi doldurur. “Həmişə təzə məhsulların müştərilərə təqdim edilməsi” bizim iş devizimizdir.

Biz un məmulatları bişirməyi və sağlam olmağı sevirik, bu isə hər zaman mümkün olmur. Buna görə də San Tortino olaraq özümüzü təkmilləşdiririk və sağlam alternativlər təklif etdiyimiz aşağı kalorili reseptlərdən istifadə etməyə çalışırıq! Biz hətta bütün çeşidlərimizi qlütensiz etməyə çalışırıq!

San Tortino komandası yeni reseptlər və ideyaları sınamağı sevir, ona görə də, hələ təklif etmədiyimiz bir şeyi istəyirsinizsə, bizə bildirin, bəlkə də sizin ideanız bizim menyumuzda yer ala bilər!

v

Ləzzəti hiss et

Santortino | Bakery & Pastry