Fərqli, Rəngli və Ləzzətli
Tortlar, şirniyyatlar, bişmə məhsullar və çörək — Avropa və ənənəvi reseptlərlə, hər gün təzə.
Sevdiyiniz məhsulu kateqoriya üzrə tapın.
San Tortino desertləri tək porsiya şəklində hazırlanır və çay-kofe ilə, hədiyyə kimi və ya ofis görüşlərində rahat təqdim olunur. Çizkeyk, San Sebastian, Meringue, Honey cake və Mango, Limon, Mavi gilə ilə meyvəli desertlər hər gün təzə hazırlanır.
Seçdiyiniz desertləri saytdakı səbətə əlavə edin və ya ən yaxın filialımıza zəng edin. Bakı, Sumqayıt və Xırdalandakı 25 filialımızda desertlərimizin tərkibi və qiyməti hər məhsulun səhifəsində göstərilir.
Desert sifarişi Bakı üzrə saytdan və ya filialdan verilə bilər; porsiyalıq desertlər və meyvəli desertlər həmişə hazırdır.