Fərqli, Rəngli və Ləzzətli

Tortlar, şirniyyatlar, bişmə məhsullar və çörək — Avropa və ənənəvi reseptlərlə, hər gün təzə.

Kateqoriyalar

Sevdiyiniz məhsulu kateqoriya üzrə tapın.

Tort sifarişi Bakı — təzə tortlar

Bakıda tort sifarişi San Tortino-da

San Tortino tortları hər gün təzə hazırlanır. Şokoladlı, meyvəli, kremli və yüngül desert tortları arasından doğum günü, toy, ildönümü və ya sadəcə ailə süfrəsi üçün seçim edə bilərsiniz. Hər tort təbii qaymaq, keyfiyyətli un və seçilmiş inqrediyentlərlə hazırlanır, tərkibi isə məhsul səhifəsində açıq göstərilir.

Şokoladlı və meyvəli tortlar

Şokoladlı sufle, Exotic, Praline, Miami və Bakı tortu kimi məşhur çeşidlərimiz 4-dən 60 nəfərə qədər müxtəlif ölçülərdə təklif olunur. Tort sifarişini saytdan səbətə əlavə edərək və ya istənilən filialımıza zəng edərək verə bilərsiniz. Bakı, Sumqayıt və Xırdalandakı 25 filialımızda təzə tortlar həmişə hazırdır.

Ad günü, toy və nişan tortları

Ad günü tortu, uşaq tortları, toy tortu və nişan tortu sifarişi qəbul edirik. Xüsusi dizayn tort və bento tort sifarişi üçün filialımıza zəng edə və ya online tort sifarişi verə bilərsiniz. Sifarişlə tort hazırlanması üçün ölçünü, dadı və tərkibi bizimlə razılaşdırmaq kifayətdir; dilim tort da filiallarımızda mövcuddur.

Filiallarımız

Haqqımızda